Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Türkiyədə 320 nəfər həbs olundu

İŞİD və PKK hədəflərini bombardman edən Türkiyə terror təşkilatlarına qarşı daxildə də mübarizəni genişləndirib.

Bu gün səhər saatlarında polis helikopterlərin dəstəyi ilə İstanbulun Beyoğlu bölgəsində əməliyyat keçirib.

Beyoğlu Hacıahmetde xüsusi təyinatlı qrupun keçirdiyi əməliyyat nəticəsində bir çox şəxs həbs olunub. Digər tərəfdən, Konya, Ankara və İzmirdə də İŞİD-ə qarşı əməliyyat keçirilib.


Baş nazir yanında Koordinasiya Mərkəzinin məlumatında deyilir ki, terrorla mübarizə məqsədilə 22 bölgədə keçirilən əməliyyatlar nəticəsində 320 nəfər həbs olunub. Əməliyyatlar davam edir.
818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber