Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Ərəbistanın 60 % cavanları İŞİD təfəkkür tərzinə malikdir!

Nur-az.com shia-news.com-a istinadən:
Ərəbistan Ali Məşvərət Şurasının sabiq üzvünün ölkənin əksər cavanlarının İŞİD təfəkkür tərzini müsbət qarşılaması fikirləri ciddi reaksiyalara səbəb olub. Sabiq rəsmi nümayəndə Abdullah əl-Xəlil “əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə bildirib ki, ölkənin cavanlarının 60 %-i İŞİD təfəkkür tərzinə malikdir. Ölkə səviyyəsində ifrat yönlü dini cəmiyyətlərin cavan nəslin əfkarında qoyduğu təsir onların terrorist qruplara qoşulmağına zəmin yaradıb.
Sabiq rəsmi nümayəndə tərəfindən səslənən bu ifadələr Ərəbistanın ictimai şəbəkələrində ciddi reaksiyalara səbəb olub, hətta bəziləri onun daxili sirləri ifşa etdiyinə görə məsuliyyətə cəlb olunmağını tələb ediblər.
802 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:51