Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Medvedyev Krım məsələsini qapadı

Krımın Rusiyaya birləşdirilməsi məsələsi heç vaxt müzakirə predmeti ola bilməz.

Bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedyev bildirib.

"Krım məsələsi həqiqətən qapanıb. Və onu ilk növbədə sakinlərin özləri, ötən il martın 16-da keçirilən referendumda öz talelərini həll eləməklə qapadıblar" - qeyd edib baş nazir.

Onun sözlərinə görə, vaxtilə Kosovonu referendumsuz-zadsız Serbiyadan qoparanların Krım xalqının sərbəst iradə ifadə eləməsini şübhə altına qoymaları məntiqdən kənar və absurddur.

Qeyd edək ki, Rusiya Krımı işğal eləməklə həm də 2-ci Dünya savaşından sonra ilk dəfə güc yolu ilə sərhədləri dəyişməkdə ittiham olunur./musavat/
757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat