Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2015

AİM-in toplantısı keçrildi

Elçin Manafov: “Amerikaya ümid olan Gürcüstan bu gün çox ağır duruma düşüb”

Azərbaycan İslam Partiyasının (AİP) nəzdində faəliyyət göstərən Analtik İnformasiya Mərkəzi (AİM) növbəti toplantısını keçirdi.

Tədbirin gündəliyində iki mövzu müzakirə edilib:
1. Qarabağda son durum
2. Ölkədə və beynəlxalq aləmdə baş verən hadisələr.

İclası AİM sədri Üzeyir Heydərli açaraq Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk qruunun faiyyətsizliyindən danışdı:

“Biz İslam Partiyası ATƏT-in yaranmasına ilk etiraz edən bir siyasi təşkilat olmuşuq. Üstündən 20 il keçəndən sora Azərbaycan iqtidarı bu gün ATƏT-in buraxılmasından danışır, birmənalı şəkildə onun fəaliyyətsizliyindən gileylənir.
Biz həmişə qeyd etmişik ki, Qarabağ məsələsinin həlli Azərbaycan xalqının birgə iradəsi, regional dövlətlərin birgə köməyi və səyi ilə öz həllini tapa bilər”.


Dünyada gedən proseslərə toxunan Ü.Heydərli son günlər qardaş Türkiyədə ardıcıl baş verən olayların səbəb və nəticəsini də müzakirə etdi. O, bu ölkədə baş verən silsilə terror aktlarını pisləyərək, tezliklə qonşu dövlətdə əmin-amanlığın bərpa olacağına inandığını bildirdi.

AİP sədr əvəzi Elçin Manafov ötən Ramazan bayaramı münasibətilə xalqımızı, dünya müsəlmanlarını, oruc tutan hər kəsi bir daha təbrik etdi: “Uzun fasilədən sonra yenidən cəm olduğumuz üçün Allahdan bu məclismizə bir xeyir- bərəkət istəyirəm. Azərbaycan İslam Partiyaı hər zaman xalqımızın yanında olub. Qarabağ məsələsində də Allaha və xalqa söykənmək lazımdır, hegomon dövlətlərə yox. Çünki məsəl var, deyir, qonşuya ümid olan çıraqsız qalar. Bizim üçün canlı nümunə də var. Elə götürək, qonşu Gürcüstanı. Amerikaya ümid olan Gürcüstan bu gün çox ağır duruma düşüb”.

Sonda dünyanın güc mərkzələrinin İran İslam Respublikası ilə razılığa gəldiyi nüvə anlaşmasına toxunan E.Manafov bu tarixi anlaşmanın region dövlətləri üçün faydasından danışdı.

Aip

AİP sədrinin siyasi işlər üzrə sədr müavini Akif Heydərli cəbhə bölgəsində atəşkəs rejiminin intensiv şəkildə pozulmasına toxunaraq Azərbaycan xalqının bu haqq işində qələbə çalacağına əminliyini söylədi.
Yaxın Şərqdə, Ukraynada və Türkiyədə baş verən olaylara toxunan A.Heydərli bütün bu hadisələrin ssenarsinin ABŞ tərəfindən yazıldığını qeyd etdi:“ABŞ özünü dünyanın jandarmı kimi aparır. Amma bu ölkə nəinki dünyada, hətta öz daxilində sabitliyi qoruya bilmir”.


Partiya funksioneri Elmar Səmədov Dağlıq Qarabağla bağlı Ermənistan prezidentinin söylədiyi “Dağlıq Qarabağ azərbaycanlılar üçün torpaq, ermənilər üçün vətən kimidir” fikrini həyasızlığın pik həddi adlandırdı. O, Azərbaycan–İran münasibətlərinə də toxunaraq iki qonşu dövlətin yaxşı münasibətlərinin hər iki ölkəyə ancaq fayda verəcəyini vurğuladı.


AİP Təşkilat Məsələləri üzrə sədr müavini Vüqar İbayev isə 20 ildən artıqdır ki, ATƏT-in Qarabağ məsələsində götərdiyi riyakar siyasətini pislədi: “ATƏT-in Qarabağ mövzusunda 20 illik susqunluğu bu gün Dağlıq Qarabağda müharibənin labüdlüyünə gətirib çıxardı”.

V.İbayev bu münaqişənin arxasında ən böyük gücün Rusiya olduğunu bildirdi. O, 7 rayonun geri qaytarılmasına toxunaraq qeyd etdi ki, əgər müharibə baş verərsə Rusiyanın öz qoşunlarını bufer zonada yerləşdirməsinə gətirib çıxaracaq:“Şübhəsiz bu bizi qane edə bilməz və biz buna razı ola bilmərik ki, yenidən rus əsgəri Azərbaycana yerləşdirilsin. Əgər müharibə başlayarsa, islamçılar bu müharibədə öndə olacaq. Biz düşmənə qarşı amansız olacağıq”


AİP-in Binəqədi rayon Komitə sədri Rövşən Nuriyev Dağlıq Qarabağda beynəlxalq qüvvələrin yeridilməsindən danışaraq bunu qərbin maraqlarına uyğun olduğunu dedi: “Qərbin bu addımı region dövlətlərinin də marağına ziddir. Dəqiq bilirəm ki, Azərbaycan dövləti də Qərbin bizim ərazilərimizdə başqa ölkə qüvvələrinin yerləşdirilməsinə razı olmayacaq.


AİP Nəzarət Təftiş Komisyasının sədri Fəyaz Nəbizadə iclasda səslənən bütün fikirlərə həmrəy olduğunu bildirdi və Azərbaycanın tanınmış şəxsiyyətlərindən olan Şeyx Əhmədin iyulun 29-da Biləsuvarda keçriləcək il mərasimi ilə bağlı təklifləri səsləndirdi. O, Azərbaycandakı bütün dindarları bu mərasimdə iştirak etməyə dəvət etdi.

Bununla da AİP-in Analtik İnformasiya Mərkəzi növbəti iclasını başa çatdırdı./İslaminsesi.org/
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11