Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2015

Azərbaycan Almaniya ilə bir qrupda

Bu gün DÇ-2018-in seçmə mərhələsinin əsas püşkatması keçiriləcək.

Tədbir mundiala ev sahibliyi edəcək ölkədə - Rusiyada təşkil olunacaq.

Sankt-Peterburqun Konstantinovski sarayında baş tutacaq mərasimdə 5 konfederasiya üzrə püşk atılacaq. Artıq yarışa start verən Asiya təmsilçiləri istisna təşkil edəcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq püşkatmaya dünyanın 141 ölkəsi qatılacaq. Bunların 52-si Avropa təmsilçiləridi.

Azərbaycan millisinin də seçmə mərhələdəski rəqiblərinə aydınlıq gətirəcək püşk 52 yığmanı 9 qrupa böləcək. Bunların 7-də 6, 2-də 5 komanda olacaq. Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsində oynamaq şansını itirəcək.

Püşk üçün yığmalar FİFA-nın millilərin iyul reytinqinə əsasən, 6 səbətə bölünüb. Azərbaycan yığması 5-ci səbətdə yer alıb.

Avropa zonasında qrupların tərkibi:

A qrupu

Lüksemburq, Belarus, Bolqarıstan, İsveç, Fransa, Hollandiya

B qrupu

Andorra, Latvia, Farer Adaları, Macarıstan, İsveçrə, Portuqaliya

C qrupu

San Marino, AZƏRBAYCAN, Norveç, Şimali İrlandiya, Çexiya, Almaniya

D qrupu

Gürcüstan, Moldova, İrlandiya, Serbiya, Avstriya, Uels

E qrupu

Qazaxıstan, Ermənistan, Monteneqro, Polşa, Danimarka, Rumınya

F qrupu

Malta, Litva, Sloveniya, Şotlandiya, Slovakiya, İngiltərə

G qrupu

Lixteynşteyn, Makedoniya, İsrael, Albaniya, İtaliya, İspaniya

H qrupu

Kipr, Estoniya, Estoniya, Yunanıstan, Bosniya və Hersoqovina, Belçika

İ qrupu

Finlandiya, Türkiyə, Ukrayna, İslandiya, Xorvatiya
982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...