Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2015

Qılıcdaroğludan şok açıqlamalar: “İŞİD-çilər Türkiyədə yetişdirildi”

“Türkiyədə IŞİD-ə döyüşçü yetişdirildiyini bilirik. Gənc uşaqları alıb öyrədib, göndərirdiər. Dövlətin bunlardan xəbər tutmaması mümkün deyil. Bütün bu hərəkətlərə baxmayaraq, səs çıxarmadılarsa, deməli, onu qorudular”

Bu sözlər Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Qılıcdaroğluna aiddir. Strateq.az xəbər verir ki, “Hürriyet” qəzetinin bir sualını cavablandırarkən, bu cür ciddi ittihamlar irəli sürən Qılıcdaroğlu hazırda İŞİD və kürd separatizminə qarşı başladılan əməliyyatı da xeyli gecikmiş tədbir olaraq qiymətləndirib. Onun sözlərinə görə, daha əvvəl tədbir alınmış olsaydı, vəziyyət bu həddə gəlib çıxmaya bilərdi:

“Hal-hazırda İŞİD özünü bölgədə güclənmiş və Türkiyədə də hərəkət edə biləcək potensiala sahib qüvvə kimi hiss edir. Təşkilat bu vəziyyətə tədricən, mərhələ-mərhələ gətirildi. Türkiyə hökuməti ancaq Suruçdakı terror hadisəsindən sonra IŞİD-ə qarşı olduğunu dəqiq ifadə etməyə başladı”.
986 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP