Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2015

Britaniya tarixi referenduma hazırlaşır

Britaniyanın Baş naziri Devid Kemeron ölkəsinin Avropa Birliyindən çıxması ilə bağlı referendumu 2016-cı ilin iyununa təyin edə bilər.

Bu barədə Britaniyanın "İndependent" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

"Kemeron əmindir ki, Avropa liderləri dəyişikliyin lazım olduğunu başa düşür və Böyük Britaniyanın gələcəkdə Avrozonada aparıcı rol oynamasını istəyirlər. Belə olan halda Brüssellə münasibətlərin pisləşməsinin əleyhinə olan Kemeron Böyük Britaniyanın Avropa Birliyində qalması üçün indiki vəziyyətdən maksimum istifadə etməyə çalışır", - qəzet bildirib.

Amma Kemeronun istəklərinin əksinə olaraq, Nümayəndələr Palatası ikinci oxunuşda ölkənin Avropa Birliyindən çıxması ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib.
854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02