Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2015

İŞİD-in şallağı arvad-uşaq belə tanımır!

Nur-az.com shia-news.com-a istinadən:
Bu gün sübh alaqaranlıqda Kərkükün cənub qərbində yerləşən “əl-Huvəycə” məntəqəsindən xaric olmaq istəyən əlli nəfər İraq sakini İŞİD tərəfindən həbs edilib. Camaatı həmin ərazilərdən qaçmağa vadar edən İŞİD-in hökmranlıq etdiyi ərazilərdə məişət vəziyyətinin həddən artıq ağır olduğundan irəli gəlir. Tutulanların arasında arvad-uşağın olmasına baxmayaraq onların hər birinə yüz zərbə şallaq və bir milyon dinar cərimə hökmü verilib. Hal-hazırda belə gizli tərketmə hallarının qarşısı almaq üçün İŞİD Kərkük ətrafı keçid və giriş-çıxış yollarına yoxlama məntəqələri təyin edib.
Bütün bu ağır şərait və acınacaqlı vəziyyətə baxmayaraq İŞİD-ə mənsub terrorist ünsürlər çox yüksək səviyyədə həyat sürür və öz ictimai şəbəkələrində bu vəziyyəti nümayiş etdirməklə, guya, həmin ərazilərdə xalqın firavan həyat keçirdiyini əks etdirməyə çalışırlar. Halbuki İraqın böhranla qarşılaşan bu ərazilərində hər gün həmin ünsürlər tərəfindən hər cür azğınlıq və cinayət davam etməkdədir.
769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56