Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2015

Türkiyə özgələrin əli ilə öz qəbrini qazır

Nur-az.com shia-news.com-a istinadən:
Ötən cümə və bazar ertəsi günləri Türkiyə tərəfindən İŞİD-in terrorist qruplarının mövqelərinin bombardman edilməsi halları həmin ünsürlərin ciddi təhdid bildirən reaksiyaları ilə qarşılanıb. Onların yaydıqları xəbərdarlıqlar arasında “Türkiyə öz əlləri ilə gorunu qazır” kimi ifadələr müşahidə olunur. Məqsədləri Türkiyənin əsas iqtisadi potensialını təmin edən turizm infrastrukturuna zərbə vurmaqdır. Odur ki, ölkədə terrorizm hallarını artırmaqla Türkiyə bu sahədə yaranan ciddi asayiş problemləri nəticəsində böhran vəziyyətlə qarşılaşacaq. Onlar bu əminliyi Türkiyənin ərazilərində olan öz canavar ünsürlərinin əl-Bağdadinin bir əmrinə hər nəyi törətməyə hazır olduqları ilə əlaqələndirirlər. Məsələn, həmin təhdidlərin arasında “Türkiyə elə kəslərlə oyuna girib ki, onların anlamında oyun deyilən şey yoxdur və tezliklə bu oyundan gözləri yaş dolu çıxacaqlar” və ya “Hal-hazırda biz 60 ölkə ilə vuruşuruq, Türkiyə də 61-ci olsun” – kimi qəti xəbərdarlıqlar var…
815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı