Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2015

Öcalanın ölüm xəbəri yayıldı

Türkiyədə PKK lideri Abdullah Öcalanın ölüm xəbəri yayılıb.

“Radikal” qəzeti bildirir ki, PKK liderinin 5 aydırkı ailəsi və rəsmilərlə görüşməməsi bu ehtimalları artırıb. Məsələ bir çox saytlar tərəfindən işıqlandırılıb və sosial mediada geniş paylaşılıb. Nəticədə, Türkiyə ədliyyə naziri Kənan İpək açıqlama verməyə məcbur olub.

"Son günlərdə bəzi internet saytlarında PKK lideri Abdullah Öcalanın öldüyünə dair bəzi xəbərlərin yazıldığı və bu xəbərlərin sosial mediada yayıldığı müşahidə edilib. Abdullah Öcalanın öldüyü barədə yayılmış bu xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu xəbərlərin müəyyən məqsədlərlə yayıldığı aydın görünür",- deyə nazir vurğulayıb.

Amma Türkiyə parlamentinin üzvü, Milliyətçi Hərəkat Partiyasının (MHB) Ankaradan seçilmiş millət vəkili Şevkət Çətin hazırda Öcalanın saxlandığı adaya girişiin qadağan edildiyi və mətbuata susmaq əmri verildiyini bildirib.

PKK-nın qurucusu və ilk lideri olan Öcalan 29 İyun 1999-cu ildə silahlı terror təşkilatı qurmaq və rəhbərlik etmək günahıyla edama məhkum edilib. Cəzası Avropa Birliyinin tələbi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına çevrilib. Hazırda İmralı həbsxanasında dustaqdır.
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber