Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2015

İran ölkənin cənubunda 2 AES tikəcək

İran ölkənin cənubunda iki atom elektrik stansiyası (AES) tikməyi planlaşdırır.

SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi məlumat verib.

Onun sözlərinə əsasən, ölkənin cənubunda yerləşən Buşer əyalətində elektrik stansiyasının tikinti layihəsi üç-dörd il müddətinə hesablanıb. Onun tikintisi təxminən 10 milyard dollara başa gələcək. İşlərə təxminən 15 min texnik-mütəxəssis cəlb ediləcək: "Mütəxəssislərimiz bir neçə dəfə Çinə səfər ediblər, çinli mütəxəssislər dəfələrlə bizə gəliblər. Vyanada çinlilər və amerikalılarla danışıqlar aparmışıq və Çində üçtərəfli Tehran-Vaşinqton-Pekin görüşünün keçirilməsi barədə razılığa gəlmişik."

Qeyd edək ki, bundan əvvəl verilən məlumatda Çin və İranın ikincinin cənubunda sahil zolağında iki yeni atom stansiyasının tikintisi üzrə anlaşmaya nail olduqları bildirilib.
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07