Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Zakir Fərəcov 11 milyonu hara xərcləyib?

Zakir Fərəcov qayda qoyub: Bu rayonda ev tikmək istəyən mənzilin hər kvadratı üçün 10 manat verməlidir

Ümumilikdə götürdükdə Bakı və onun ətrafında fərdi mənzil tikintisinin həyata keçirilməsi vətəndaşlara o qədər də asan başa gəlmir. Bunun üçün vətəndaş torpağı pulla satın alsa da, tikinti işlərini həyata keçirmək üçün mütləq yerli İcra Hakimiyyətlərinin Memarlıq və Tikinti şöbələrindən rəsmi icazə almalıdır. Elə mərəkə də bundan sonra başlayır.

Jam.az-ın Abşeron rayonunda apardığı araşdırmalar nəticəsində ortaya çıxan mənzərə isə olduqca maraqlıdır. Bu rayonda vəziyyət belədir ki, torpaq almaq hər nə qədər baha başa gəlsə də, onun üzərində ev tikmək ondan iki qat bahaya gəlib çıxır. Səbəb isə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qoyduğu qaydalardır.

Məlumatlara görə, hal hazırda Abşeron rayonu Xırdalan şəhəri və Masazır qəsəbələrində ev tikmək üçün yerli İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən icazə almaq üçün vətəndaşın cibi açıq olmalıdır. Belə ki, vətəndaş bunun üçün üz tutduğu instansiyada ilk olaraq icra başçısının müavinlərindən biri ilə anlaşmalıdır. Bundan sonra Memarlıq və Tikinti Şöbəsinə sənədləri təqdim etdikdən sonra, bazarlıq edilməlidir. Bu bazarlığın mexanizmi isə belədir ki, mənzil tikmək istəyən şəxs inşa edəcəyi evin hər kvadrat metri üçün 10 manat pul ödəməlidir. Bundan başqa isə daha 151 manat dövlət rüsumu və digər xərclər də vətəndaşın üzərindədir. Məsələn, əgər vətəndaş özünə 150-200 metrlik bir ev inşa etmək istəyirsə, İcra Hakimiyyətinə 1500-2000 manat, dövlət rüsumu olaraq 150-200 manat, evin çertoyju əks olunmuş eskiz-layihə üçün isə daha 200 manat xərcə düşməlidir.

İcra Hakimiyyətində çalışan şəxslərin dediyinə görə, alınan bu pulların şöbəyə çox az qismi qalır. Və belə bir rəqəmin müəyyənləşdirilməsi isə icra başçısı Zakir Fərəcovun qoyduğu qaydalardan biridir. Ev tikintisi ilə bağlı toplanan bütün vəsaitlər isə yekunda icra başçısına təhvil verilir və bundan sonra paket şəklində işçilərə bir qismi dağıdılır.

Bu əsnada Abşeron rayonu Xırdalan şəhərində mənzillərin əsaslı təmiri məqsədi ilə ayrılmış pulların da aqibəti qaranlıq olaraq qalır. Jam.az-ın dəqiqləşdirmələrinə görə, qeyd olunan məqsədlər üçün Abşeron rayon İcra Hakimiyyətinə iki dəfə pul ayrılıb. Birinci dəfə 10 milyon manat vəsaiti «Təmir Tikinti Sahəsi» MMC-yə həvalə edilər. İkinci dəfə də eyni şirkətin hesabına daha 800 min manatın ödənildiyi rəsmi sənədlərdə əks olunub.

Amma Xırdalandan xəbəri olan şəxslər bu qədər vəsaitin şəhərin binalarına sərf olunduğuna qəti inanmırlar. Çünki indiyə qədər şəhərdəki mənzillərin əsaslı təmiri üçün elə də tutarlı işlərin görülmədiyi diqqəti çəkir. Eyni zamanda o da vurğulanır ki, bu təmir işlərinin çoxu rayonun iş adamları və kiçik biznes sahiblərindən alınmış pullar hesabına həyata keçirilib. Hətta o da iddia edilir ki, adı çəkilən MMC-nin də dolayısı ilə icra başçısına bağlılığı var.
1752 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:24