Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2015

Türkiyədə son illərin ən qanlı həftəsi

Ölkədə terror təşkilatlarına qarşı geniş əməliyyatlar aparılır

Türkiyə tarixinin daha bir qanlı dönəminə şahidlik edir. Son bir həftədə ölkədə baş verən olaylarda xeyli polis və hərbçi şəhid olub, 2-si terrorist olmaqla daha 33 nəfər də həyatını itirib.

İllərdir PKK terroruyla boğuşan Türkiyəni bu dəfə hədəf alanlar sırasına İŞİD də qoşulub. Bu iki terror təşkilatı ölkəni bir neçə gün ərzində qan gölünə çevirib. Son bir həftədə törədilən olayların xronologiyasını təqdim edirik:
- 20 iyulda Suruçta terroristin özünü partlatması: 32 ölü

Şanlıurfanın Suruç qəsəbəsindəki hadisə bir qrup sosialist gəncin Suriyanın Kobani şəhərini yenidən inşa etmək ideyası ilə bağlı keçirilən tədbir zamanı törədilib. Hadisənin Adıyaman sakini olan 20 yaşlı Şeyx Abdurrahman Alagöz tərəfindən törədilməsi və onun da olay zamanı ölməsi məlum olub.
- 20 iyulda Adıyamanda PKK hücumu: 1 şəhid

Terrorçuların ərazidə xidmət aparan hərbçilərə atəş açması nəticəsində Müsellim Ünal adlı əsgər dünyasını dəyişib, daha 3 hərbçi isə yaralanıb.
- 22 iyulda Ceylanpınarda 2 polis yaşadıqları evdə güllələnərək öldürülüb
- 23 iyulda İŞİD Suriya sərhədindən Türkiyənin Qaziantep vilayətinin Kilis rayonu istiqamətinə atəş açıb, 1 əsgər şəhid olub.
- 23 iyulda Diyarbəkir vilayətində yol qəzası xəbəri alan polislər həmin əraziyə gedərkən PKK-nın pusqusuna düşüb. Atışma zamanı polis əməkdaşı Tansu Aydın qətlə yetirilib, digər əməkdaş isə ağır yaralanıb.
- 25 iyul İstanbulun Okmeydan adlanan ərazisində polisə silahlı hücum edilib. Hadisə nəticəsində iki polis əməkdaşı və bir mülki şəxs yaralanıb.
- 25 iyulda Diyarbəkirin Lice rayonunda hərbi avtomobil hərəkətdə olarkən bomba ilə yüklənmiş digər nəqliyyat vasitəsi partladılıb. Terror aktı nəticəsində 2 hərbçi şəhid olub, 4 əsgər isə yaralanıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, son 1 həftədə ölkədə terror təşkilatı tərəfindən törədilmiş cinayətlərin sayı 200-dən çoxdur. Bunlara adam oğurluğu, xərac toplama, ictimai mülkiyyətin məhvi, hədə-qorxu gəlmə, şantaj və digər bu qəbildən olan əməllər də daxildir.

Artıq ölkə miqyasında terror təşkilatı üzvləri və onlarla əməkdaşlıq edənlərə qarşı geniş əməliyyatlara başlanılıb. 20-dən artıq bölgədə keçirilən əməliyyatlar nəticəsində İŞİD, PKK və DHKP-C kimi terror təşkilatları ilə əlaqəsi olan 851 nəfər tutulub. İstanbulun Bağcılar adlanan hissəsindəki əməliyyat zamanı isə DHKP-C-nin tanınmış missioneri Günay Özaslan ölü ələ keçirilib.

Türkiyə dövləti paralel olaraq terror təşkilatlarının İraq və Suriyadakı dayaq nöqtələrini bombalamaqda davam edir. Hava əməliyyatları zamanı kürdlərin Şimali İraqdakı əsas sığınacağı olan Kandilin vurulması diqqəti xüsusi ilə cəlb edir.
785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı