Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2015

Leyla və Arif Yunusdan məhkəməyə ittiham

İyulun 27-i Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi davam edib.

Yenə də məhkəmədə iştirak üçün gələn ictimai-siyasi fəalların və jurnalistlərin əksəriyyəti zala daxil ola bilməyib. Yerlər əvvəlcədən naməlum adamlarla doldurulub.

Kənardan zaldan Leyla və Arif Yunusların məhkəməyə etirazları eşidilib. Arif Yunus məhkəmnin bu şəkildə qapalı keçirilməsinə etiraz edib: "Siz nəyi sirr saxlamaq istəyirsiz?".

Leyla Yunus da məhkəməni ittiham edib: "Sizin çıxaracağınız hökmün mənim üçün fərqi yoxdur. Amma siz tarixə qatil kimi, cəllad kimi düşəcəksiz".

Prokuror Fərid Nağıyev ittiham aktını elan edib. Yunuslar bildirib ki, ittihamın mahiyyəti onlara aydın deyil./azadliq.info/
770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı