Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2015

İŞİD 4 min ailəni girov saxlayır

İŞİD terror qruplaşmasının minə yaxın yaraqlısı İraqın Anbar vilayətində yerləşən Əl-Fəluca şəhərində 4 mindən çox ailəni girov saxlayır. Bu barədə vilayət şurasının üzvü Əzzal əl-Fəhdəuyi deyib.

"Əl-Fəluca şəhərində qərarlaşan minə yaxın İŞİD silahlısı şəhərin mərkəzi hissəsində 4 mindən çox ailəni zorla saxlayır", - deyə əl-Fəhdəuyi bildirib. Onun sözlərinə görə, terrorçular şəhər sakinlərini hökumət qüvvələrinin Əl-Fəlucanın mərkəzinə irəlləməsinin qarşısını almaq məqsədilə "canlı qalxan" qismində istifadə edir.

Vilayət şurası üzvünün dediyinə görə, Əl-Fəluca əhalisinin 80 faizi artıq şəhəri tərk edib. "Fürsət tapan insanlar hələ İŞİD-n şəhərə daxil olmasından əvvəl buranı kütləvi şəkildə tərk edib", -deyə o bildirib.

Qeyd edək ki, hələ iyul ayının ortalarında İraq höküməti Anbar vilyətinin azad edilməsi üzrə genişmiqyaslı əməliyyatın başlanmasını elan edib. Hökümət qüvvələrinin əsas hədəfi qismində vilayətin iki ən iri şəhəri seçilib- paytaxt Ramadi və Əl-Fəluca. Hazırda ordu şəhərin girəcəklərində eksremistlərə qarşı gərgin döyüşlər aparır . Lakin hər iki şəhərin əsas rayonları hələlik terrorçuların nəzarəti altındadır./ans/
819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı