Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2015

“İdman yarışları hakimiyyətə nə iqtisadi, nə də siyasi baxımdan fayda vermir”

“Bununla belə, hakimiyyət bu yolla özünün təbliğinə ehtiyac duyur”

2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisi ilə bağlı paytaxtda müxtəlif hazırlıq işləri həyata keçiriləcək ki, bunlardan biri şəhərin bəzi hissələrindəki qədim daş döşəmələrin müvəqqəti olaraq asfalt örtüyü ilə əvəzlənməsi ilə bağlıdır. Arxitektura bürosunun rəhbəri German Tilke "SpeedWeek" nəşrinə verdiyi müsahibədə qeyd edib ki, "Formula-1" trasının marşrutunda belə örtüklər iki yerdə - Azneft dairəsindən Prezident Administrasiyasına və eləcə də Şəhidlər Xiyabanına qalxan yollardadır və onların uzunluğu təqribən 200 metr və 400 metrdir. G.Tilke bildirib ki, yarışla əlaqədar olaraq daş döşəmələr asfaltlanacaq və yarışdan sonra çıxarılacaq.
Xatırlaqdaq ki, bu, “Formula-1” yarışlarının keçirilməsi ilə bağlı həyata keçiriləcək hazırlıq işlərinin yalnız bir hissəsidir və qarşıdakı aylarda bu hazırqlı işlərinin kompleks halda həyata keçirilməsi planlaşdırılır. Hansı ki, büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığı, iqtisadi-sosial durumun ağırlaşdığı Azərbaycanda bu cür yarışların keçirilməsinin gərəkliliyi ilə bağlı cəmiyyətdə birmənalı fikir mövcud deyil.
Nəinki sadə vətəndaşlar, hətta bir çox siyasilər də hesab edir ki, adətən bu cür yarışları özünün təbliği üçün fürsət bilən hakimiyyətin özü də nəticə etibari ilə həmin yarışlardan gözlədiyi effekti ala bilmir. Əksinə, I Avropa Oyunlarının təcrübəsi göstərdi ki, bəzən bu cür yarışlar yalnız iqtisadi müstəvidə deyil, siyasi sferada da əks-effektlə nəticələnir və nəhayətdə hakimiyyət həm iqtisadi, həm də siyasi müstəvidə ciddi itki və uğursuzluğa düçar olur.
Maraqlıdır, hakimiyyətin böyük maddi qurbanlar hesabına nəhəng idman yarışları həyata keçirmək siyasətinin arxasında hansı məqsəd dayanır? Nə iqtisadi, nə də siyasi müstəvidə divident qazandırmayan, sadəcə böyük vəsaitlər “udan” bu cür yarışların mütəmadi surətdə keçirilməsi nəticə etibari ilə hakimiyyətin özünə nə vəd edir?
Moderator.az xəbər verir ki, "Hürriyyət" qəzetinə açıqlama verən Milli Şuranın hüquq komissiyasının sədri, ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal hakimiyyətin bu siyasətinin həqiqətən də anlaşılmaz olduğunu vurğuladı:
“Adətən o hökumətlər və o rejimlər bu cür yarışların keçirilməsinə maraq göstərir ki, onlar özlərini dünyaya tanıtmağa ehtiyac duyurlar. Amma normal dövlətlərdə hökumət bu cür yarışları keçirməzdən öncə onun iqtisadi pespektivinə diqqət yetirir. Habelə, fikirləşir ki, bu yarış xalqa hansı məhrumiyyətlər hesabına başa gələcək. Əgər bu yarışın keçirilməsi iqtisadi baxımdan xeyir vəd edirsə, o zaman bu yarışların keçirilməsinə razılıq verirlər. Lakin görünən odur ki, son dövrlər Azərbaycanda keçirilən idman yarışlarının bir çoxu Azərbaycana iqtisadi baxımdan xeyir gətirmir. Iqtisadi xeyir bir yana qalsın, hətta hakimiyyətin özünə siyasi baxımdan basqılar, problemlər yaradır. Bu baxımdan hakimiyyətin iri idman yarışlarını keçirməkdəki qərarlılığı həqiətən də anlaşılan deyil. Əgər bu yarışlar iqtisadi baxımdan xeyir vermirsə, hətta siyasi baxımdan ciddi problemlər yaradırsa, o zaman bu yarışların keçirilməsi anlaşılmazdır.
Güman edirəm ki, bu, əvvəldən planlaşdırılan bir şeydir. Neftdən gələn havayı gəlirlər hökumətin gözünü örtmüşdü və onlar güman edirdilər ki, Azərbaycanda hər zaman vəziyyət belə olacaq, onlar hər zaman zəhmət çəkmədən bu pullara yiyələnəcəklər. Lakin artıq vəziyyət dəyişib. Iqtisadi böhran başlayıb. Odur ki, belə bir şəraitdə Azərbaycanda bu miqyasda yarışın keçirilməsi nə xalq, nə də hökumət üçün sərfedilən hesab edilə bilməz”.
1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı