Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2015

HDP millət vəkili: “Kürdlər Ərdoğana imkan verməyəcək”

PKK Türkiyəni və Yaxın Şərqi gül bağçasına çevirmək üçün yaradılmış sülh və xalq hərəkatıdır.

Bu barədə türk ordusunun Şimali İraqdakı PKK düşərgələrini bombalamasına münasibət bildirərkən Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili seçilmiş Abdullah Zeydan deyib. O, PKK lideri Abdullah Öcalanın 3 il öncə Türkiyədə başlatdığı sülh prosesinə təxribatlarla son qoyulmağa çalışıldığını bildirib:

“PKK Türkiyəni və Yaxın Şərqi gül bağçasına çevirmək üçün yaradılmış sülh və xalq hərəkatıdır. Əgər PKK Türkiyəni gül bağçasına çevirmək istəməsəydi, onun elə bir gücü var ki, sizi öz tüpürcəyi ilə boğardı. Siz odla oynayırsınız. Türkiyədə Abdullah Öcalanın və kürd xalqının səyi nəticəsində üç ildir ki, qardaş qanı tökülmür. Sülhün sona çatmasını istəyən AKP-yə və Ərdoğana kürd xalqı imkan verməyəcək”./axar/
975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı