Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2015

Leyla Yunus prokuroru və müstəntiqləri "cəllad" adlandırdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Yunus cütünün işi üzrə prosesdə hakim Əfqan Hacıyevə üz tutan müttəhim ona söz vermədiyi üçün hakimi CPM-in 91-ci maddəsini pozmaqda ittiham edib.Vəkil Elçin Qəmbərov hakimin diqqətini jurnalistlərin, fəalların və diplomatların zala buraxılmamasına çəkib.Müdfiə tərəfi vəkil Şöhrət Allahmanovun zərərçəkmiş Rəna Səfərəliyevanı təmsil edə bilməməsinə diqqət çəkib, belə ki, onun rəhbərlik etdiyi QHT - Sülh və Demokratiya uğrunda Qafqaz Qadınları Cəmiyyəti hələ ötən il ləğv olunub.Vəkil Ramiz Məmmədov L.Yunusun Səfərəliyevaya hansı mənəvi ziyanı vurduğu ilə maraqlanıb.Müdafiə tərəfi Allahmanovun kənarlaşdırılması haqqında vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib.Vəkil Əfqan Məmmədov Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət qaldırıb, lakin prokuror Fərid Nağıyev buna qarşı çıxıb.L.Yunus bildirib ki, həyat yoldaşı dövlətə xəyanətdə ittiham olunur, baxmayaraq ki, o, hələ 1980-ci illərin sonlarında azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında kitab yazıb, Xocalı soyqırımı haqqında kitabın müəllifidir, Qarabağ münaqişəsi haqqında kitabı ABŞ Dövlət Departamentinin kitabxanasında saxlanılır.A.Yunus özü bildirib ki, onu dörd dəfə həbs edən prokurorluq haqqında kitab yazacaq. Birinci həbs Ermənistanın Kafan rayonundan azərbaycanlıların sürgün edilməsi faktlarının KİV-ə verilməsi ilə bağlıdır. Lakin hakim onun sözünü kəsib.L.Yunus prokurora üz tutaraq, onu və digər müstəntiqləri "cəllad" adlandırıb.Daha sonra ittiham aktı elan olunub. Yunus cütü bildirib ki, özlərini təqsirli bilmirlər. L.Yunus ittiham aktını tamamilə saxtalaşdırıldığını bildirib.O qeyd edib ki, həyat yoldaşı öz pulunu bir hesabdan başqa bir hesaba köçürüb, bunda kriminal yoxdur.L.Yunus Azərbaycanın deyil, donorların pullarından istifadə etdiyini, istintaqın isə sənədləri saxtalaşdırdığını bildirib."Bu, 30-cu illərin prosesidir. Siz sifarişlə hərəkət edirsiniz. Siz Soljenitsına qarşı edilənləri edirsiniz", deyə Yunus hakimə bildirib, hakim isə tərcüməçiyə son sözləri tərcümə etməməyi əmr edib."Azərbaycanda despotizm və repressiyalar hökm sürür, siz sifariş çərçivələrindən kənara çıxa bilməzsiniz", deyə L.Yunus bildirib.Daha sonra şahidlər çıxış edib. Meriyanın şöbə müdiri Zülfəli İsmayılov iddia edib ki, Yunusların Ş.Bədəlbəyli küçəsində yerləşən evi qanuni əsaslarla sökülüb və onlar sənədləri və kompüterləri aparıblar.Buna cavabda L.Yunus deyib ki, o, yalan danışır, belə ki, Ali Məhkəmənin ofisin söküldüyü və bu zaman əmlakın məhv edildiyi haqqında qərarı var.A.Yunus bildirib ki, avqustun 25-də meriya evin sökülməsi haqqında xəbərdarlıq göndərib, baxmayaraq ki, ev avqustun 11-də artıq sökülmüşdü.Şahid Azad İsazadə təsdiq edib ki, binanın sökülməsi zamanı əmlak məhv edilib. O, cəmi bir kompüter və iki kitabı çıxara bilib. Bu zaman buldozer söküntüyə başlamışdı və digər sənədləri çıxarmağa imkan verməyib. Söküntü işinə Zülfəli İsmayılov deyil, Yusif Qəmbərov rəhbərlik edirdi.Şahid Təhmasib Novruzov bildirib ki, hələ 1988-ci ildə L.Yunusun ermənilərlə əlaqələri olduğundan şübhələnirdi, sonradan isə öyrənib ki, o, Ermənistan kəşfiyyatına işləyir. Müdafiə tərəfin bunu haradan öyrəndiyi barədə sualına cavabda şahid deyib ki, mətbuatdan.L.Yunus onu növbətçi şahid və təxribatçı adlandırıb. Novruzov özü onu məhkəməyə şahid qismində kimin çağırdığı barədə suala cavab verə bilməyib./faktxeber/
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...