Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2015

PKK-çılar jandarmeriya şöbəsinə hücum etdi

PKK silahlılarının Ərzurum jandarmeriya şöbəsinə hücumu dəf olunması nəticəsində 3 silahlı məhv edilib. Türkiyə telekanallarının verdiyi xəbərə görə, hücum keçən silahlılar jandarmeriya şöbəsinin binasını atəşə tutublar.

Dərhal hücumdan sonra hadisə yerinə əlavə jandarma dəstələri cəlb olunub. Havadan dəstək olunmaqla hücum edənlərin məhv edilməsi əməliyyatı zamanı üç terrorçu məhv edilib.

Qeyd edək ki, Muş əyalətində PKK terrorçuları jandarmeriya qarnizonunun komandirinin olduğu avtomobili atəşə tutublar. Məlumata görə, hücum zamanı avtomobildə komandirin yoldaşı və övladı olub. Onun ailə üzvləri xəsarət almasa da, zabit aldığı güllə yaralarından xəstəxanada keçinib.

Bundan başqa ötən gün Van əyalətində magistral yolda PKK və jandarmlar arasında şiddətli atışma baş verib. Terrorçular yük maşınına od vuraraq yolu bağlayıblar və sürücülərin sənədlərini yoxlamağa başlayıblar.

Terrorçuların hadisə yerinə gələn jandarmlara sərt müqavimət göstərərək avtomat silahlardan və qumbaraatanlardan atəş açıblar.

Terrorçular dağ ərazisində gizlənməyə müvəffəq olublar, onların müəyyənləşdirilərək məhv edilməsi istiqamətində əməliyyat davam edir.
724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı