Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2015

Türkiyədə etiraz aksiyaları keçirilib

Diyarbəkir şəhərində vəziyyət qeyri-sabit olaraq qalır. Gecə saatlarında Qazilər səmtində bir qrup maskalı etirazçı mərkəzi yollardan birini bağlayaraq icazəsiz aksiya keçirib. Əllərində olan molotov-kokteyllərini yola atan etirazçılar, özbaşına olaraq yoldan keçən maşınları saxlayıb və içində olanların kimliklərini yoxlayıb.

Silahla havaya atəş açıldığını görən bəzi sürücülər geri dönməyə məcbur olub. Bağlar, Sur və Yenişehir rayonlarında müxtəlif yolları bağlayan etirazçılara çevik polis alayı gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib. Sonradan polis bir çox həssas ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirib.

Ankaranın mərkəzində küçələrin polis müşaiyəti ilə solçu təşkilatlara aid plakatlardan təmizlənməsi zamanı polislə etirazçılar arasında qarşıdurma yaraşanıb. Qonur küçəsində bir qrup fəal təmizlik işləri aparanlara təpki göstərib.

Çevik polis alayı üzvləri gözyaşardıcı qazla müdaxilə edib. Bir gənc fəalı saxlamağa çalışan zaman qarşıdurma yaranıb.
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber