Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2015

İraqlı komandan: “İran olmasaydı, bütün Körfəz ölkələri İŞİD-in idarəsi altındaydı”

İraqda şiə könüllülərindən təşkil olunan “Bədir” briqadasının komandiri Hadi Əmiri PKK və Suriya kürdlərini "nizə ucu" adlandırıb. Onun fikrincə, kürdlər İŞİD-ə qarşı mübarizədə Qərb dövlətləri tərəfindən çox təhlükəli məqsədlər üçün istifadə olunurlar.

Komandir həmin sözləri bu gün təşkil etdiyi mətbuat konfransında söyləyib. O, həmçinin Türkiyənin İŞİD-ə hələ də kömək etdiyi görüşündədir: "Son günlər İŞİD-ə qarşı əməliyyatlar kürdlərin sərhəddə Türkiyənin maraqlarına zidd hərəkət etməsindən və İŞİD-i sıxışdırmasından sonra həyata keçirildi. Bu da Türkiyənin İŞİD-ə yardım göstərməsinin, qorumasının sübutudur ."

İraqda İŞİD-in yox olmadığını bildirən Hadi Əmiri bu təşkilata yalnız Suriyada son verilməsinin Qərb dövlətlərinə lazım olduğunu düşünür. Hərbi lider İraqda IŞİD-ə qarşı mübarizədə İranın fəaliyyətini xeyli mədh edib. Onun fikrincə, İran olmasaydı və terorizmə qarşı mübarizədə lazımi dəstək verməsəydi, indi təkcə İraq deyil, bütün Körfəz ölkələri İŞİD-in idarəsi altındaydı./strateg/
717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10