Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2015

İŞİD-i neftlə bəsləyən kimlərdir? – Fotolar

Son illər dünyanı lərzəyə gətirən İŞİD terror təşkilatı üçün neft çox əhəmiyyətli gəlir mənbəyinə çevrilib.

Beynəlxalq anti-terror mərkəzləri İŞİD-in gücünün səbəbləri və maliyyə mənbələri barədə apardıqları araşdırmaların nəticəsinə əsaslanaraq bu təşkilatı indi dünyanın “neft zəngi”ni elan ediblər.

Bu gün İŞİD Suriyada, İraqda ələ keçirdiyi neft yataqlarından çıxarılan nefti sataraq, oradan qazandığı gəlirlə öz fəaliyyətini daha da genişləndirir. Beynəlxalq anti-terror mərkəzlərinin araşdırmalarına görə, İŞİD hər ay neftdən ən azı 10 milyon dollar qazanır. Amma bu, İŞİD-in yeganə gəlir mənbəyi deyil.

“NBC News” televiziyasının xəbərinə görə, bu günlərdə ABŞ-ın Suriyada keçirdiyi hərbi əməliyyat zamanı İŞİD-in maliyyə qaynaqları haqqında yeni kəşfiyyat məlumatları əldə edilib. Bu məlumatlar onu göstərir ki, hazırda İŞİD-in milyonlarla dollarlıq neft sərvəti mövcuddur. İŞİD-in əsas gəlir mənbələrindən biri də neft qaçaqmalçılığıdır. ABŞ televiziyasının iddiasına görə, İŞİD qaçaqmalçılıq yolu ilə ən çox Türkiyəyə neft satır. İŞİD-in neft qaçaqmalçılığından qazandığı vəsait isə aylıq 8-10 milyon dollar arası dəyişir. Terror təşkilatı neft satışından əldə etdiyi vəsaitlə üzvlərinin maaşlarını ödəyir və hərbi təchizatını gücləndirir./publika/




758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber