Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2015

Fransa XİN rəhbəri İrana gedir

Fransanın xarici işlər naziri Loran Fabius iyulun 30-da Tehrana səfər edəcək.

Səfər çərçivəsində Fransa xarici işlər idarəsinin rəhbəri iranlı həmkarı Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşəcək.

Fransa xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə, bu Fransa XİN rəhbərinin İrana 2003-cü ildən bu vaxtadək ilk səfəri olacaq.

“Səfər Fransa ilə İran arasında ən yüksək səviyyəli siyasi dialoqun bərpa edilməsinə xidmət edəcək . Danışıqlarda Fransa-İran münasibətləri, regional məsələlər və BMT-nin Parisdə keçirəcəyi iqlim konfransının məqsədləri müzakirə ediləcək”, deyə R.Nadal bildirib.

Xatırladaq ki, ötən həftə Almaniyanın vitse-kansleri Ziqmar Qabriel, iyulun 28-də isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Tehrana səfər etmişdilər.
668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...