Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2015

Salyanda ferma yandı, 12 baş heyvan tələf oldu

Salyanda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 575 kv.m olan fermanın yanar konstruksiyaları 330 kv.m sahədə və fermanın içərisinə yığılmış 20 ton ot bağlamasının 6 tonu yanıb.

Yanğın zamanı fermanın içərisində olan 1 baş dana, 7 baş buzov, 4 baş xırdabuynuzlu (qoyun) heyvan tüstüdən boğularaq tələf olub. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03