Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2015

Ukraynada ölənlərin sayı açıqlandı

Ukraynada son 15 ay ərzində hərbi münaqişə nəticəsində 7 minə yaxın insan həlak olub.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə BMT-nin insan haqları üzrə Ali komissarı idarəsinin mətbuat katibi Sesil Puyi bildirib.

“2014-cü il, aprelin ortalarından 2015-ci il, iyulun 27-dək Ukraynanın şərqindəki münaqişə zonasında 6 832 nəfər (mülki və hərbi) həlak olub, azı 17 087 nəfər isə yaralanıb”, deyə S.Puyi bildirib.

Hesabata “Malayziya hava yollarına” məxsus Boeing təyyarəsində ölən 298 nəfər də daxildir./apa/
653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber