Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2015

Türkiyə ilə İŞİD arasında iqtisadi-ticari əlaqələr üzə çıxır!

Nur-az.com shia-news.com-a istinadən:
Terrorist ünsürlərdən əldə edilən sirli sənədlərdə Türkiyənin İŞİD-lə gizli iqtisadi əlaqələrə malik olduğu kəşf edilib.
Avropanın rəsmilərindən birinin İngiltərənin çoxnəşrli “Guardian” qəzetinin müxbirinə verdiyi müsahibədə bildirilir ki, yaxın zamanlarda İŞİD-in terrorist üzvlərindən birinin mənzilindən tapılan sirli sənədlərdə Türkiyənin bu qruplarla geniş iqtisadi əlaqələr qurduğu müşahidə olunur. Sənədlər üzrə, Türkiyənin neft xammalı sahəsində İŞİD-lə neftin idxalına dair sazişlər bağladığı məlum olur. Hətta bir sıra müzakirələrdə dövlət tərəfindən rəsmi nümayəndələrin iştirakı belə qeyd edilir. Bu mühüm sənədlərin İŞİD-in Tunisdən olan komandiri Əbu Siyafın mənzilindən tapıldığı bildirilir.
727 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber