Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Araz Quliyev və Masallı dindarlarının məhkəməsi keçiriləcək

Baş Redaktor və Masallı dindarlarının məhkəməsi keçiriləcək

Bu gün Masallı rayonunda həbs olunan 8 dindar barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmdən növbəti apellyasiya şikayətinə baxılacaq.

Xeber44.com İnternet Qəzetinin məlumatına əsasən məhkəmə iclası hakim Kamran Əkbərovun sədrliyi ilə Şirvan şəhər Apellyasiya Məhkəməsində saat 15:30 da başlanacaq.

Məhkəmədə Ziya Tahirov, Xalid Kazımov və vəkil Dilqəm Ağayevin (Xalid Kazımovun vəkili) son çıxışı gözlənilir.

Xatırladaq ki, ötən məhkəmədə hakim razılıq əsasında son söz üçün dövlət ittihamçısına söz verib. Bundan sonra vəkillər Fariz Namazlı (Araz Quliyevin vəkili), Nicat İslamov (Surac Ağayevin vəkili) son çıxışlarını edərək Masallı dindarlarına bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin Araz Quliyev, Surac Ağayev və Rza Ağalı məhkəmədə son sözlərini deyiblər.

Sonra hakim Kamran Əkbərov növbəti məhkəməni dekabr ayının 5-i saat 15:30-a təyin edib.

Qeyd edək ki, Masallı dindarları və Baş Redaktor Araz Quliyev ötən il sentyabr ayında Masallı rayonunda şərlənərək həbs olublar. Onlar beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulublar. Jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib.
1996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13