Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2015

Qəddafiyə ölüm hökmü verildi

Liviyanın devrilən lideri Müammar Qəddafinin oğluna kəsilən hökm elan edilib. Məhkəmə Seyfulislam Qəddafi haqqında ölüm hökmü verib. Bundan başqa kəşfiyyat idarəsinin keçmiş rəhbəri Abdullah es-Senusi və keçmiş baş nazir əl-Bağdadi əl-Mahmudi də öldürüləcək.

43 yaşlı Qəddafi ilə yanaşı 9 nəfər "Qəddafinin devrildiyi 2011-ci ildə üsyan zamanı savaş cinayətləri" işlədikləri üçün edama məhkum ediliblər.
Ümumilikdə ittiham edilənlərin sayı 37 nəfər olub. Onlara qarşı "cinayət və zorlama" ittihamları irəli sürülüb.

Qəddafinin ikinci həyat yoldaşından olan ən böyük övladı Seyfulislam 2011-ci ildə Nigeriyaya qaçarkən yaxalanmışdı.
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP