Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Türkiyə silkələndi

Türkiyənin Mersin vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Haberturk.com-un verdiyi məlumata görə, yerli vaxtla saat 01:00-də qeydə alınan yeraltı təkanların episentri Aralıq dənizində, Mersin körfəzində yerləşib.

Zəlzələ Mersin, Adana, Osmaniye, Alanya və Qaziantepdə hiss olunub.

Hadisədən sonra sakinlər təşvişə düşərək küçələrə çıxıb.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində zərərçəkən olmayıb./apa/
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber