Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Diyarbəkirdə polis avtomobilnə silahlı hücum: 2 ölü, 1 yaralı

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda polis avtomobili silahlılarının hücumuna məruz qalıb.

“Milliyet”-in verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

İnsident nəticəsində Mehmet Uyar adlı polis əməkdaşının və yoldan keçən mülki vətəndaş Osman Karanın xəstəxanada keçindiyi, digər mülki şəxs İbrahim Turanın həyatına isə təhlükə olmadığı bildirilir.

Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir./apa/
630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56