Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Əl Nusra ABŞ və Türkiyənin təlim keçdiyi 18 nəfəri əsir götürdü

Əl Qaidənin Suriya qolu olan Nusra Cəbhəsi ABŞ və Türkiyənin təlim keçdiyi 18 terrorçunu əsir götürüb.

Bu barədə Suriya Türkman Milli Hərəkat Partiyasının sədr müavini Tarık Cevizci məlumat verib. Onun sözlərinə görə, hadisə Hələbin Azez şəhəri yaxınlığında baş verib.

Əsir götürülənlər arasında təlimlərə rəhbərlik edən polkovnik rütbəli hərbçinin də olduğu deyilir.

Xatırladaq ki, ABŞ və Türkiyənin layihəsi çərçivəsində bu ilin sonunadək 6 min müxalifin təlimlərdə iştirakı nəzərdə tutulub. Lakin bu vaxtadək cəmi 60 nəfər təlimlərdə iştirak edib.
692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...