Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Guanabana – xərçəngə qarşı kimyaterapiyadan da güclü meyvə...

Xərçəngi məhv edir

Guanabana adlanan bu meyvə xərçəng və onun təzahürlərinin müalicəsində kimyaterapiyadan 10.000 dəfə güclüdür.

Bu meyvə planetdə xərçəng əleyhinə ən güclü vasitə sayılır.

İddialara görə, guanabana xərçəngi 100% müalicə edir. Bu ağac Braziliyada graviola, Latın Amerikasında guanabana, ingilis dilində isə soursop adlanır. Yetərincə iri olan meyvələrinin içi ağ ətlidir, şirindir və qidalara çiy halda qatılır, müxtəlif içkilərin, şirniyyatların hazırlanmasında istifadə olunur. Bu meyvəyə hədsiz maraq onun xərçəng əleyhinə xüsusiyyəti ilə bağlıdır. Həmçinin bir çox digər faydalı xüsusiyyətləri də vardır, lakin ən maraqlısı xərçəng şişlərinə təsiridir.

Guanabana və ya graviola ağacının meyvəsi – bu möcüzəvi məhsul bütün xərçəng hüceyrələrini məhv edir. Xoş dada malik olan guanabananın qəbulundan sonra kimyaterapiyadan sonrakı qorxunc təsirlər də qalmır. Guabananın ağacını həyətdə də əkmək olar. Ağac alçaq olduğu üçün çox yer tutmur. Onun bütün hissələri faydalıdır.

Həmçinin bu bitkinin geniş spektrli antibiotik olduğu, anti-göbələk və anti-parazitar xüsusiyyətlərə malik olduğu, qan təzyiqini nizamladığı, antidepressant təsiri ilə stress və əsəb pozğunluqları zamanı yardımçı olduğu hesab edilir.

Bir çoxları bu haqda tamamilə məlumatsızdır, çünki bəzi sintetik dərman firmaları öz məhsullarının satılması üçün bu meyvənin faydalarının bilinməsinin əleyhinədir.

İddialara görə, bu bitkinin xərçəngin bütün növlərini müalicə etdiyi sınaqdan keçirilib.

Bu məlumatın mənbəyi nəhəng dərman istehsalı firmalarından biridir. 1970-ci ildən etibarən keçirilən 20-dən çox laboratoriya sınaqları bu ekstraktın qalın bağırsaq, döş, prostat, ağciyər və mədəaltı vəzi xərçəngi də daxil olmaqla 12 xərçəng növünün bədxassəli şişlərini məhv etdiyini göstərib.

Bu meyvədən alınan qarışım xərçəng hüceyrələrinin yaranmasının ləngidilməsində adriamisindən (məşhur kimyaterapiya preparatı) 10.000 dəfə çox effektivdir. Təəccüblü olan başqa bir məqam odur ki, graviola meyvəsinin ekstraktı təkcə xərçəng hüceyrələrini məhv edir, sağlam hüceyrələrə isə təsir etmir./sağlamolun/

b_420_0_16777215_0___images_stories_SAGLAMQIDA_guabana1.jpeg

b_420_0_16777215_0___images_stories_SAGLAMQIDA_guabana3.jpeg

777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber