Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Norveçdə bütün məscidləri yandırmaqla hədələdilər

Ümumdünya İslam Missiyasının məscidinə ünvanlanmış elektron məktubda anonim təşkilat Norveçdəki bütün məscidləri yandırmaqla hədələyib.

“2013-cü ilin sonunadək Norveçdəki bütün məscidləri yandıracağıq” - deyə, hələlik adını açıqlamayan təşkilatın bəyanatında deyilir. Bundan başqa, qeyd olunur ki, bu aksiya 7 il ərzində hazırlanıb.

Öz növbəsində bəzi müsəlman liderlər, o cümlədən “Camaat-ül-sünnət”in Norveç filialının sədri Qulam Sərvər bunu ciddi qəbul etməyərək, həmin şəxslərin dəli olduğunu düşünür.

Qeyd edək ki, Norveçin 4,5 milyon əhalisinin 150 min nəfəri müsəlmandır, ölkədə 90-a yaxın müsəlman təşkilatı və islam mərkəzləri var.
1950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.06.18, 16:48
İrandan ABŞ-a 15 ŞƏRT
17.06.18, 10:34
Borc
Go to TOP