Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Kadırov: “Mənə sui-qəsd hazırlayana 100 min verdim”

Mənim həyatıma qarşı bir neçə dəfə sui-qəsd təşkil edilib.

Bunu “RİA-Novosti”yə müsahibəsində Çeçenistan Prezidenti Ramzan Kadırov söyləyib. O özünə qarşı son sui-qəsdin 4 ay bundan öncə təşkil edildiyini bildirib:

“Sonuncu dəfə sui-qəsd 4 ay bundan öncə Çernoreçyedə olmuşdu. Orada hər gün baxdığım meydançaya yollanmışdım. Həmin yeri Həmzət Bityukayevə tabe olan döyüşçülər minalamışdılar. Onlara məni öldürmək komandası verilmişdi. Biz onların hamısını məhv etdik. Mən başqa hadisələri də saya bilərəm. Bir dəfə Dağıstandan iki gənc oğlan gəlmişdi. Onlar da terror aktı hazırlayırdılar. Sonra biz onları tutduq. Görünürdü ki, uşaqlar çox kasıb ailədəndirlər. Mən onlara dedim ki, ailəniz haqqında danışın. Atasını öldürüblər, qardaşı yaralıdır, anası görmə qabiliyyətini 75% itirib və 50 min rubl pul yoxdur ki, onu əməliyyat etdirsinlər. Ona 100 min rubl pul verdim. Digərinə 50 min verib dedim ki, bunu evinə apar”. /axar/
703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP