Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Cəmil Həsənlinin 12 yaşlı nəvəsi prokurorluğa çağırıldı

Milli Şuranın sədri, professor Cəmil Həsənlinin 12 yaşlı nəvəsi Aytən Məmmədova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Cəmil Həsənli facebook səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 30-da axşam saat 19:20-də evlərinə prokurorluq əməkdaşlarının geyindiyi formada olan bir nəfər gələrək, onlara bildiriş təqdim edib. Bildiriş Cəmil Həsənlinin avqustun 1-də 12 yaşı tamam olacaq nəvəsi Aytən Məmmədovaya ünvanlanıb. Sənəddə qeyd olunub ki, Aytən iyulun 31-də saat 16.00-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılır.
Bildirişi idarənin rəis müavini İbayev Pərviz Mansur oğlu imzalayıb.

"Mən Aytənin azyaşlı olduğunu bildirdim, nə məqsədlə onun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə maraqlandım. Bundan sonra onu gətirən işçi Pərviz İbayevlə əlaqə saxlayıb bildirişi geri apardı. Deyəsən, Baş Prokurorluq ad günü münasibətilə Aytənə hədiyyə vermək istəyirmiş...", - deyə Cəmil Həsənli qeyd edib.
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı