Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Dəmirdaş bərasində cinayət işi açıldı

Diyarbəkir Prokurorluğu HDP həmsədri Səlahəttin Dəmirdaş haqqında istintaqa başlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 214/2-ci maddəsi ilə ("Xalqın bir qismini digər bir qisminə qarşı silahlandıraraq təhrik etmək") istintaq gedir. HDP həmsədrini 24 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, ötən ilin oktyabrın 6-8-i tarixlərində Türkiyənin müxtəlif bölgələrində HDP Kobanini bəhanə gətirərək insanları küçələrə axın etməyə çağırmışdı. Dəmirdaş HDP üzvləri qarşısında çıxış edərək 7-dən 70-ə bütün hamını küçəyə çıxaracaqlarını bildirirdi. Bu hadisələrdən sonra 33 nəfər həyatını itirdi, 2 polis şəhid olmuş, 221 vətəndaş və 139 polis yaralandı.
Dəmirtaşın günahı sübut olunacağı təqdirdə onun deputat toxunulmazılığı ləğv edilə bilər.
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber