Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Bu gün ilahiyyatçı Tale Bağırov azadlığa çıxacaq

İlahiyyatçı Tale Bağırov azadlığa çıxır. Bu barədə islamazeri.az-a ilahiyyatçının yaxınları məlumat verib. Bildirilib ki, ilahiyyatçının saat 09:00-da azadlığa çıxması gözlənilir. Həbsdə olan ilahiyyatçı Qobustan Qapalı tipli həbsxanada saxlanılır.
Xatırladaq ki, ilahiyyatçı T.Bağırov 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. T. Bağırova qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Eyni zamanda bu, ilahiyyatçının ikinci həbsidir. Birinci dəfə o, 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən sayca ikinci olan "Hicaba azadlıq" aksiyasında iştirak etdiyi üçün həbs olunub və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İl yarım məhkumluq həyatı yaşayan ilahiyyatçı 2012-ci ilin noyabrında azadlığa çıxıb. Nəzərinizə çatdıraq ki, T. Bağırov 1984-cü ildə Bakıda doğulub. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-ci ildən 2010-cu ilədək İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.
646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber