Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2015

Türkiyədə demək olar hər gün polis öldürülür

Türkiyədə PKK-çılar polis bölməsinə hücum edib.

Türkiyə KİV-lərinin məlumatına görə, Adana şəhərinin Pozantı qəsəbəsində PKK-çıların polis bölməsinə hücumu nəticəsində 2 polis ölüb, 2 PKK-çı isə məhv edilib.

Hücum edənlərdən ikisi hadisə yerindən qaçmağı bacarıb. Öldürülən PKK-çıların birinin üzərində partlayıcı maddələr aşkarlanıb.

Öldürülən polislərin kimliyi müəyyənləşib. Onların İsa İpək ve Sərdar Kazar olduğu bildirilib.

Dünən gecə saatlarında Şırnakın Dağkonak kəndində PKK-çılar və ordu arasında silahlı atışma baş verib. Baş verən atışma zamanı iki əsgərin yaralandığı bildirib.

Qeyd edək ki, son bir həftədə Türkiyədə PKK və İŞİD tərəfindən törədilən terror hadisələrində 60 yaxın adam həlak olub , yüzlərlə insan yaralanıb.
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP