Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

“Mavi Mərmərə”dən sonra ilk dəfə Türkiyəyə bu nazir gəldi

3 ildən sonra İsraildən Türkiyəyə ilk dəfə nazirlərdən biri səfər edib.

İşğaıçı İsrailin ətraf mühit naziri Amir Perets “Aralıq dənizinin çirklənməsinə qarşı müdafiə müqaviləsi” adlı tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib.

Sionist Perets bununla da 31 may 2010-cu ildə Mərmərə dənizində Türkiyəyə məxsus gəmidə 9 nəfərin öldürülməsi ilə bağlı iki ölkə arasında baş verən siyasi böhrandan sonra Türkiyəyə səfər edən ilk israilli nazir olub.

Hava Limanında jurnalistlərin suallarını cavabsız qoyan nazir, yalnız “hər şey çox gözəl” deməklə kifayətlənib.

Xatırladaq ki, iki ölkə arasındakı siyasi gərginlik İsrailin Türkiyədən üzr istəməsi ilə normallaşmışdı.
1685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34