Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2015

Diyarbəkir polis idarəsinə bombalı hücum

Türkiyənin Diyarbəkir vilayəti Bağlar rayonu polis bölməsi PKK terrorçularının hücumuna məruz qalıb. Terrorçular bölmənin qarşısındakı növbətçi köşkünə küstar üsulla hazırlanmış partlayıcı qurğu atıblar.

Yerli vaxtla saat 22.30-da (Bakı vaxtıyla 00.30) maskalı bir qrup şəxs bölmənin olduğu Əmək prospektində tonqal yandıraraq yolu bağlayıb. Polisin müdaxiləsi ilə dağılışan qrup yenidən hadisə yerinə qayıdıb. Onlar bu dəfə növbətçi köşkünə partlayıcı qurğu atıblar. Köşkün qarşısında partlasyış baş versə də hadisədə biri qadın olan 2 mülki əhali yaralanıb.

Hadisədən sonra bölgəyə çox sayda polis və təcili yardım cəlb olunub. Yaralılar dərhal təcili yardımla xəstəxanaya çatdırılıblar. Polis hadisəni törədən terrorçuların aşkarlanması üçün əməliyyatlara başlayıb./ans/
590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi