Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2015

Suriya ordusu 80 İŞİD terrorçusunu məhv edib

Suriyanın Silahlı Qüvvələri Livanın aparıcı "Hizbullah" təşkilatının yardımı ilə İŞİD terror qruplaşmasının Zabadani şəhərində yerləşən hərbi bazasında anti-terror əməliyyatı keçiriblər.

"RIA Novosti"nin verdiyi xəbərə görə, anti-terror əməliyyatı zamanı İŞİD terror qruplaşmasının səhra komandiri və 30 yaraqlısı məhv edilib. Suriya hərbçiləri İŞİD terror qruplaşmasının Məaz əl-Əbda komandirini məhv ediblər. Bununla yanaşı 7 İŞİD terrorçusu təslim olub.

Qeyd edək ki, hal-hazırda Quta regionunda İŞİD terror qruplaşması ilə hökumət qüvvələri arasında şiddətli toqquşmalar davam edir. Suriya ordusu İŞİD terror qruplaşmasının silah anbarını məhv etməyə müvəffəq olub. Silah analarının havaya uçması nəticəsində 50 yaraqlı məhv edilib.

Suriya ordusu Hama və İdlib şəhərindəki bir sıra rayonda da nəzarəti ələ almağı bacarıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA-ya açıqlama verən hərbi mənbə, ordunun dünən axşam saatlarında İdlib və Hama əyalətlərinin sərhəd regionlarında Mənsura, Hurbət əl-Nakus, Tel-Vasit, Tel-Deyr və Tel-Bəkiri rayonlarında nəzarəti təmin etdiyini bildirib.

Mənbə əməliyyatlarda təkfirci və vətən xaini terrorçulardan yüzlərlə terrorçunun öldürüldüyünü bildirərkən, aralarında xarici və səhra komandirlərinin olduğunu diqqət çatdırıb.

O, əməliyyatlarda həmçinin bir qismi ağır silahlarla təchiz olunmuş xeyli sayda avtomobillə birlikdə top və ağır silahların məhv edildiyini qeyd edib./deyerler/
695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat