Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2015

Türkiyədəki teraktda polisin manipulyasiyası var

Türkiyə 2012-ci ildə PKK qiyamçıları ilə münaqişənin dinc həllini aramaq məqsədi ilə başlanmış barış prosesinin başa çatdığını bəyan edib. Ölkənin kürd əhalisi bir müddət Ərdoğanın vədlərinə inandı və 2014-cü il prezident seçkilərində ona həlledici dəstək verdi. Bununla belə, islahat zərfi boş çıxdı, türk hökumətinin keçən ilin payızında Suriyanın Kobani kürd şəhərinin mühasirəsi zamanı İŞİD-ə şans yaratması isə Ankaranın əsil niyyətləri haqda illüziyaları dağıtdı.

Hiddətlənmiş kürdlər iyunda tarixdə ilk dəfə parlament seçkilərinə qatıla bilən Xalqların demokartik partiyasını (XDP) müdafiə etdilər. XDP 80 deputat kreslosu əldə edib Ərdoğanın fövqəlhökumət arzusunu dağıtdı və Ədalət və İnkişaf Partiyası (ƏİP) parlamentdəki çoxluqdan məhrum oldu. Baş naziri hazırda hökumət koalisiyası üzərində əlləşən prezident Ərdoğan öz şəxsiyəti ətrafında milli birlik dalğası yaratmaq ümidi ilə bu cür şəraitdə vətəndə terror təhlükəsi kartını oynatmağa cəhd edir. Əvvəlki kimi əsas düşmənlər kürd “separatizmi” (Suriyada muxtar bölgənin formalaşması fonunda) və hələ bu yaxınlara qədər “barış prosesi”nin rəsmi tərəfdaşı olan PKK terrorçularıdır. Türkiyə hökuməti qərbli müttəfiqlərini ələ almaqdan ötrü İŞİD-lə mübarizədən danışır. Lakin bütün bunlar ancaq tüstü-dumandır, çünki bir neçə aviazərbə və bir neçə yüz mötədil Suriya müxalifi Türkiyənin indiyədək müdafiə etdiyi İŞİD üçün tamamilə boş şeydir.
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat