Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2015

Bərzani Türkiyəyə görə vəzifədən çıxarıla bilər

İraq parlamenti Türkiyənin ölkənin şimalında əməliyyat aparmasına icazə verdiyi üçün Kürdüstan Regional Rəhbərliyinin sədri Məsud Bərzaniyə xəbərdarlıq edib.

Parlamentin xarici əlaqələr komissiyası Bərzani barəsində interpellyasiya (parlamentin hökumətdən və ya nazirdən hər hansı məsələ ilə bağlı rəsmi cavab istəməsi) qərarı verib. Qərarda deyilir:

“Komissiya Kürdüstan Bölgəsinin bombalanmasına icazə verdiyi üçün Məsud Bərzani haqqında interpellyasiya qərarı verib. Çünki Türkiyə Baş naziri Əhməd Davudoğlu türk qırıcılarının PKK mövqelərini bombalamasına Bərzaninin icazə verdiyini və əməliyyatların da bundan sonra reallaşdığını açıqlayıb”.

Parlamentin interpellyasiya istədiyi şəxsi nəticədən asılı olaraq vəzifədən kənarlaşdırma hüququ var./axar/
743 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
Go to TOP