Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Murmanskda öldürülən azərbaycanlıların kimliyi məlum oldu

“Murmanskda silahlı insident zamanı qətlə yetirilən şəxslər Azərbaycan vətəndaşı, yaralanan şəxs isə Rusiya vətəndaşı olub”.

Bunu apa-ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib.

Onun sözlərinə görə, dekabrın 4-də axşam saatlarında Murmansk şəhərinin Xibinski döngəsi, ev 12 ünvanında yerləşən meyvə-tərəvəz bazasında iki nəfərin qətli, bir nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insident baş verib:

“Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən şəxslər Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü Sədi Əzizov və 1970-ci il təvəllüdlü Nəriman Axundov olublar. Yaralanan şəxs isə Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Həbib Kərimov olub. Qətlin kim və ya kimlər tərəfindən törədildiyi hələ bilinmir”.

E.Səmədov faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (iki və ya daha çox adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib: “Baş verən hadisə Azərbaycanın Rusiyadakı səfirliyi və Daxili İşlər Nazirliyinin diqqətindədir”.
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:11