Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Türkiyədə polisə növbəti hücum

Türkiyənin Van vilayətində bir qrup PKK silahlısı Jandarma Komandanlığı və polis bölməsinə hücum edib.

“Milliyət” qəzetinin verdiyi məlumata görə, hücum yerli vaxtla 20.30 radələrində Jandarma Komandanlığını və 1 kilometr aralıda yerləşən polis idarəsini eyni vaxtda atəşə tutublar.

Məlumata əsasən, hücuma dərhal cavab verilib. İlkin məlumatlara görə, 2 PKK terrorçusu məhv edilib, 1-i yaralanıb. Qaranlıqdan istifadə edib qaçmağa müvəffəq olan digər terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar davam edir.
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24