Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

İnterpol Saakaşvilini axtarışa verməkdən imtina etdi

İnterpol Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini beynəlxalq axtarışa verməkdən imtina edib.

Bu barədə Facebook səhifəsində vəkil Otar Kaxidze yazıb.

Onun sözlərinə görə, Mixail Saakaşvili haqqında İnterpolda axtarış elan etmək İnterpol Konstitusiyasına və İnterpolun qaydalarına ziddir. Vəkil O. Kaxidze bu barədə İnterpola üzv ölkələrə təsdiqlənən məlumatlar göndərildiyini bildirib.

Xatırladaq ki, iyulun 31-də Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvili də beynəlxalq axtarış siyahısından çıxarılıb./apa/
599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23