Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Vəhşi İsrail hərbçiləri 14 yaşlı fələstinlini güllələdi

İordan çayının qərb sahilində sutka ərzində ikinci fələstinli yeniyetmə güllələnib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, insident Atara nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib.

Qaçqın düşərgələrindən birinin sakini, 14 yaşlı Lait Khaldi döş nahiyəsindən aldığı yaradan xəstəxanada keçinib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Bundan əvvəl işğalçı sionist İsrail hərbçiləri 17 yaşlı Məhəmməd Əl-Məsrini sərhəd çəpərinə yaxınlaşdığına görə güllələmişdilər.
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber