Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Hizbullah lideri İran ilə Qərb arasında nüvə razılaşmasından danışdı

Livanın Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bildirib ki, Cenevrə nüvə razılaşması ilk növbədə Yaxın Şərq ölkələri xalqlarının xeyrinədir, - “İRİB”.

“Məncə, Cenevrə nüvə müzakirələrinin ən böyük qalibi region ölkələri olublar. Belə ki, bu razılaşma hərbi seçimi dala qaytardı və digər tərəfdən, dünya ölkələri arasında dialoq qapılarının açılmasına səbəb oldu və belə bir imkanı yaratdı ki, onlar anlaşmalar və həll yolları əldə etmək niyyətinə düşsün və müxtəlif işlər üçün həll yolu ardınca olsunlar.

Digər son dərəcə mühüm məsələ budur ki, İran ilə “altılıq” arasında əldə olunmuş anlaşma və Suriyanın kimyəvi işi barədə hasil olmuş anlaşma yeni bir beynəlxalq reallığı qeydə aldı. Bu reallığın adı, bir neçə qütblülük olmaqdır. Bir neçə qütblülük olmaq beynəlxalq hegemonçuluq və istibdadın qarşısını alaraq, siyasi manevrlər qapısını açıb.

Qərb yeni bir Yaxın Şərq yaratmaq istəyirdilər ki, buna müvəffəq olmadılar. Amerikanın Yaxın Şərqdəki bütün birbaşa və dolayısı ilə aparılan müharibələri uğursuzluğa uğradı və bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərdi, buna görə də daha Amerikanın müharibə qüdrəti qalmayıb”./deyerler/
1640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat