Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Ərdoğana «diktator» dedi, 14 ay həbs cəzası aldı

Türkiyədə Aykutalp Avşar adlı gənc tələbə prezident Rəcəb Tayyib Ərdoğana «diktator» dediyi üçün 14 ay həbs cəzasına məhkum edilib.

Türkiyə mətbuatının xəbərinə əsasən, A.Avşar bu ifadəni məşhur «Gəzi parkı» olayları ilə bağlı keçirilən etiraz aksiyasında işlədib. Ərdoğanın baş nazir vəzifəsini tutduğu həmin vaxtlarda «dövlət başçısını təhqir» ittihamı ilə saxlanılan gənc imtahanlarını verə bilməsi üçün 16 gün sonra azad edilmişdi. İyulun 31-də isə məhkəmə onun yenidən həbs olunması barədə qərar verib.

Mühəndislik ixtisası üzrə təhsil alan A.Avşar barəsindəki həbs qərarının 70 gün sonra şərti cəza ilə əvəzlənəcəyi bildirilir.
554 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:36