Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Bakı-Quba yolunda dəhşətli qəza – 5 ölü

Bakı-Quba yolunun 45-ci kilometrliyində dəhşətli yol qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sözügedən ərazidə “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mersedes” markalı yük avtomobilinə çırpılıb. Nəticədə, deformasiyaya uğramış “Opel” markalı minik avtomobilindəki 5 nəfər sərnişin aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./axar/
568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP